"Neftçi"dən gərəkli təşəbbüs: "Zirə" ilə oyun sükutla başlayacaq - VİDEO

22 Oktyabr 2021 09:20 Neftçi 570
"Neftçi"dən gərəkli təşəbbüs: "Zirə" ilə oyun sükutla başlayacaq - VİDEO

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin "Zirə"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının VIII tur matçı tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayacaq.

Elnur Əşrəfoğlu 2009 - 2011-ci illərdə "Neftçi"nin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinə rəhbərlik edib.

O, oktyabrın 19-da koronavirusdan vəfat edib. Oktyabrın 23-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" matçı saat 18:15-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!