“Neftçi” öz yetirməsini “Qarabağ”dan icarəyə götürmək niyyətindədir

17 Oktyabr 2021 00:42 Neftçi 1 742
“Neftçi” öz yetirməsini “Qarabağ”dan icarəyə götürmək niyyətindədir

Yay fasiləsində heyətində kifayət qədər dəyişikliyə gedən “Neftçi” qapı xəttini də gücləndirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan çempionunun bu mövqe üçün ilk namizədi yerlidir.

Aqil Məmmədovun performansından o qədər də məmnun qalmayan “ağ-qaralar” əzəli rəqib “Qarabağ”ın qolkiperi Emil Balayevə “elçi düşüb”.

“Neftçi” rəhbərliyi milli komandamızın üzvünü qış fasiləsində 6 aylıq icarəyə götürmək niyyətindədir.

Ağdam klubunda Şahruddin Məhəmmədəliyevlə rəqabətdə uduzan “Neftçi”nin yetirməsi özü də durumundan razı deyil. O, həmçinin yenidən ölkə xaricinə yollanmağın da əleyhinə deyil.

Ancaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Emilin yerli olduğunu nəzərə alaraq, mövsümün sonuna qədər ayrılmasına isti yanaşmır. 27 yaşlı qolkiperin sözləşmə müddəti gələn ilin yayına qədərdir.

“Neftçi” Balayev üçün qarşı tərəfə müraciət edəcək. Əgər tərəflər anlaşa bilməsə, o zaman paytaxt təmsilçisi əcnəbi qapıçı almağı gündəmə gətirəcək.

Emil Balayev ilk klubu olan “Neftçi”dən 2014-cü ildə Almaniya təmsilçisi “Ayntraxt”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti