Yunan “Neftçi”dən bu futbolçunu nişan verdi: “Ondan ehtiyatlı olun”

21 İyul 2021 20:20 Neftçi 1 654
Yunan “Neftçi”dən bu futbolçunu nişan verdi: “Ondan ehtiyatlı olun”

"Bu komandaya qarşı dəfələrlə oynamışam”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Zirə”nin legioneri Dmitrios Çantakiasa aiddir.

Yunanıstanlı müdafiəçi "Olimpiakos"un Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi matçlar barədə danışıb.

Sitat: “Azərbaycan Kubokunda onları mübarizədən kənarlaşdırdıq. 2020/2021 mövsümündə "Neftçi"yə cəmi bir dəfə məğlub olduq.

"Olimpiakos" ehtiyatlı olmalı və rəqibin əks-hücumlarına diqqət yetirməlidir. "Neftçi"də Sabir Buqrinə xüsusi diqqət ayrılmalıdır.

Sezar Meza Kolli isə olduqca təhlükəlidir. "Olimpiakos" favoritdir, amma rəqibə ciddi yanaşmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!