"Neftçi"də üstündən qara xətt çəkilən futbolçunun yeni klubu bilindi

15 May 2021 11:40 Neftçi 1 494
"Neftçi"də üstündən qara xətt çəkilən futbolçunun yeni klubu bilindi

"Neftçi"nin yola salmağa hazıırlaşdığı Rener Alves De Souzanın növbəti "dayanacağ"ı məlum olub.

Sportinfo.az-ın klubdan aldığı məlumata görə, braziliyalı müdafiəçi ölkəsinə - "Fortaleza”ya qayıdacaq.

"Brasilis”in yetirməsinın Azərbaycana gələnədək elə adıçəkilən komandanın formasını geyinməsini xatırladaq.

O, "Fortaleza”nın əsas heyəti ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.

Mövsümlərarası fasilədə Bakı təmsilçisi ilə 2+1 illik müqavilə imzalayan cənubi amerikalının cəmi 20 yaşı var.

"Neftçi”yə gəlməklə Avropaya ayaq açan gənc müdafiəçi perspektiv üçün düşünülmüşdü. Maaşı da azdır – cəmi 1500 dollar alır.

Füzuli Məmmədovun gedişindən sonra onun da "kitabı bağlandı". Ötən ilin noyabrında komandanın sükanıı arxasına əyləşən Samir Abasov ona güvənmədi.

Bu azmış kimi, klubun internet kanalında yayımlanan "Neftçi" mediada" verilişində braziliyalının haqqında çox mənfi fikirlər söylədi. 43 yaşlı mütəxəssis bildirdi ki, braziliyalı futbolçuya şans vermək yox, ondan uzaqlaşmaq lazımdır:

"Çünki bizə xeyir verə biləcək səviyyədə deyil. Əvəzedici heyətdə olan uşaqlar ondan daha effektlidir. Alvesdə hansısa keyfiyyətləri görmürüksə, onu meydana buraxıb kiməsə göstərmək fikrində deyilik".

Digər Xəbərlər
Xəbər Lenti