"Neftçi"yə gəldi, etiraf etdi: "Yaddaşım o qədər də yaxşı deyil, hətta…"

6 May 2021 11:00 Neftçi 1 028
"Neftçi"yə gəldi, etiraf etdi: "Yaddaşım o qədər də yaxşı deyil, hətta…"

"Onu bilirdim ki, yoldaşlıq oyununda bu ölkənin yığması ilə üz-üzə gəlmişik. Amma oyunda baş verənləri xatırlamıram".

Sportinfo.az xəbər verir ki, bu etirafı "Neftçi"nin legioneri Keysuke Honda edib.

35 yaşlı yaponiyalı yarımmüdafiəçi daha əvvəl Azərbaycan haqqında heç vaxt eşitmədiyini diqqətə çatdırıb:

"Yaddaşım o qədər də yaxşı deyil. Ona görə, demək olar ki, heç nə yadımda qalmayıb. Hətta qol vurduğum görüşləri belə, unutmuşam.

Bakı şəhəri və buradakı mədəniyyət barədə məlumatım yox idi. Sadəcə, Bakının küləklər şəhəri olduğunu eşitmişdim.

Paytaxtınız xoşuma gəlir. Bu, mənim üçün yeni mədəniyyətdir. Buraya uyğunlaşmaq lazımdır və bu, məndə alınır".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"