Honda “Neftçi”yə gəlməklə səhv edib? - "İndi heç bir şansı yoxdur"

22 Aprel 2021 14:00 Neftçi 1 307
Honda “Neftçi”yə gəlməklə səhv edib? - "İndi heç bir şansı yoxdur"

“Neftçi”nin legioneri Keysuke Hondanın Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmaq arzusu reallaşmaya bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Neftçi” ilə mövsümün sonuna qədər müqavilə imzalayan 35 yaşlı ulduz futbolçunun ən böyük hədəfi ölkəsində keçiriləcək Olimpiadaya qatılmaq olsa da, buna hazır deyil:

“Honda Tokio-2020-də oynamağı qarşısına məqsəd qoyub. Bunun üçün Azərbaycanın yüksək liqasında çıxış edən “Neftçi”yə qoşulsa da, indiki halda heç bir şansı yoxdur.

Böyük təsir gücü - məsələn, qələbəyə töhfə verən het-trik etmək Olimpiadaya qatılmaq baxımından onu yenidən namizədə çevirə bilər”.

Yaponiya yığması Olimpiadada CAR, Meksika və Fransa ilə eyni qrupda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı