"Neftçi"nin son 2 turdakı uğursuz çıxışının səbəbləri Hondadan soruşuldu…

14 Aprel 2021 15:00 Neftçi 1 761
"Neftçi"nin son 2 turdakı uğursuz çıxışının səbəbləri Hondadan soruşuldu…

Keysuke Honda «Neftçi»nin Premyer Liqanın son 2 turdakı çıxışını incələyib.

Yaponiyalı yarımmüdafiəçi bu barədə onun fikri ilə maraqlanan SOCAR və klub rəsmilərinə danışıb.

İki aylıq müqaviləyə qol çəkmiş 35 yaşlı legioner komandanın «Sumqayıt»la evdə 0:2, səfərdə «Qəbələ» ilə 2:2 etdiyi oyunları «bəxtsizlik» adlandırıb.

«Milan»ın sabiq ulduzu hər iki qarşılaşmada kifayət qədər qol epizodu yaratdıqlarını, lakin ələ düşən şanslardan istifadə edə bilmədiklərini söyləyib.

Honda baş məşqçi Samir Abasovu oyunlar zamanı narahat gördüyünü və bunun futbolçulara da sirayət etdiyini bildirib.

O, etiraf edib ki, belə vəziyyətdə çempionluq uğrunda sonadək mübarizə aparmaq çətin məsələdir. Çünki kollektivdə əvvəllər titul qazanmış oyunçuların sayı kifayət qədər azdır və onlar indi özlərini necə aparmaq lazım gəldiyini bilmir, həddən artıq həyacan keçirirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti