"Neftçi"nin legionerində "axill" problemi yarandı - FOTO

3 Mart 2021 16:20 Neftçi 1 210
"Neftçi"nin legionerində "axill" problemi yarandı - FOTO

"Neftçi"nin legioneri Bruno Teluşi "Sabah"a qarşı keçirəcəkləri Premyer Liqanın XVIII tur maçtını buraxmalı olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin həkimi Şaiq Zöhrablı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

O bildirib ki, 31 yaşlı albaniyalı yarımmüdafiəçi zədə səbəbindən oynamayacaq: "Teluşi axill vətərindəki zədə ilə bağlı müalicə alır".

Zöhrablı futbolçularda koronavirus aşkarlanmadığını da sözlərinə əlavə edib.

Bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 18:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!