AFFA rəhbərliyi ilə görüşdü, "Mən "Neftçi"nin prezidenti olmalıyam" söylədi

21 Yanvar 13:00 Neftçi 1 536
AFFA rəhbərliyi ilə görüşdü, "Mən "Neftçi"nin prezidenti olmalıyam" söylədi

«Neftçi»nin prezidenti Kamran Quliyevə daha bir rəqib üzə çıxıb.

«Turan Tovuz»un Müşahidə Şurasının sədri Oqtay Abdullayev paytaxt klubuna rəhbərlik etmək iddiasını ortaya qoyub.

I Divizion təmsilçisi ilə yanaşı, «Neftçi» Veteranlar Klubunun və Futbol Veteranları İttifaqının rəhbəri olan Abdullayev bu istəyini AFFA-ya bildirib.

Federasiya mənsubları ıilə görüşən Oqtay bəy niyyətinin ciddi olduğunu söyləyib. O, artıq «Turan»da çalışmaqdan yorulduğunu, bundan sonra bütün enerjisini «Neftçi» yolunda sərf etməyi arzuladığını vurğulayıb.

Abdullayev AFFA rəsmilərinə «Neftçi»nin «şinel»indən çıxmasını xatırladıb və bildirib ki, bu klubu ondan yaxşıı heç kim idarə edə bilməz.

Sədr Kamran Quliyevin paytaxt təmsilçisinə heç bir bağlılığının olmadığını qeyd eləyib və onun uğursuz fəaliyyətini bununla əlaqələndirib.

«Neftçi» veteranlarının bir nəfər kimi onu dəstəklədiyini açıqlayan iddiaçı «klubdn yetirməsiyik və buranı da biz idarə etməliyik» deyib.

Abdullayev özünün və idarəçi komandasının iş başına gəlmədiyi müddətcə «Neftçi»nin keçmiş nüfuzunu geri qaytarmayacağını, titullar qazana bilməyəcəyini diqqətə çatdırıb.

O, görəvə gələcəyi təqdirdə, baş məşqçi postuna veteran futbolçulardan birini təyin edəcəyini vurğulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti