"Milli üçün, bayraq üçün vuruşacağıq" - MÜSAHİBƏ

9 İyun 2022 14:40 Müsahibə 1 075
"Milli üçün, bayraq üçün vuruşacağıq" - MÜSAHİBƏ

Azərbaycan U-21 millisinin üzvü Ceyhun Nuriyev Sportinfo.az-a müsahibə verib.

Yarımmüdafiəçi yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki son matçlarını dəyərləndirib.

- Ardıcıl 2 qələbədən sonra Finlandiyaya məğlub oldunuz. Qələbə seriyasının davamın gətirməyə nə mane oldu?

- Finlandiya daha güclü rəqib idi. Amma sona kimi mübarizə apardıq. Oyunda da göstərdik ki, heç kimdən çəkinmirik.

- Amma bu, böyük hesablı məğlubiyyətdən qaçmağa yetmədi...

- Yaxşı mübarizə apardıq, qol epizodumuz da oldu. Düşünürəm ki, şansları qola çevirsəydik qələbə qazana bilərdik

- Səncə, şansları dəyərləndirməyə nə mane oldu? Halbuki son iki matçda 8 qol vurmağı bacarmışdınız...

- Ola bilər həmin an soyuqqanlılıq çatmadı. Çünki bu komanda qol vurmağı bacarır, sadəcə dünən alınmadı

- Hesab 0-0 olanda komanda yoldaşın Musa Qurbanlı penalı qaçırdı. O, qol olsaydı, matç başqa məcrada keçə bilərdimi?

- Məncə, o qol olsa idi, qələbə qazanardıq. Vaxt keçdikcə rəqib müdafiəsində boşluqlar da yaranacaqdı. Amma futboldur, penaltilər qaça bilər. Məğlubiyyətə səbəb penalın qaçırılması deyil idi.

- Qarşıdan Norveç millisi ilə matç gəlir. Həmin oyun barəsində nə düşünürsən?

- Yaxşı nəticə qazanacağımıza inanırıq. Milli üçün, bayraq üçün vuruşacağıq. İnşəallah, qələbə bizimlə olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti