“Bomba” kimi etiraflar yalnız bizdə: “Əlimə ağlasığmaz pullar dəydi və pozuldum”

18 Mart 2022 20:00 Müsahibə 1 322
“Bomba” kimi etiraflar yalnız bizdə: “Əlimə ağlasığmaz pullar dəydi və pozuldum”

Vaxtilə Azərbaycan çempionatında və millisində Daniel Axtyamov adlı hücumçu vardı.

Xarici görünüşünə görə seçilənlərdən olsa da, meydanda etdikləri ilə yaxşı mənada təəccübləndirmirdi.

Elə buna görə də həmişə azarkeşlərin, mütəxəssislərin, eləcə də biz jurnalistlərin qəzəbinə tuş gəlirdi.

"Marsel" öncə "Qarabağ"ı, sonra "Bazel"i mübarizədən kənarlaşdırdı, PAOK-a rəqib oldu

Axtyamov vaxtilə ölkəmizdə “İnter”, “Olimpik”, “Gəncə”, “Simurq” kimi komandaların şərəfini qoruyub, 2009-cu ildə Azərbaycanı birdəfəlik tərk etdi. Elə milli karyerası da 24 yaşında bağlandı.

Son illər ucaboy forvardı tapıb danışdırmaq üçün Rusiya və Ukraynadakı bütün əlaqə vasitələrimi işə salsam da, Danieli “gördüm” deyən tapılmırdı. Nəhayət AFFA-da çalışan yaxın dostumuzun sayəsində çoxlarının bəyənmədiyi hücumçuyla əlaqə saxlamaq mümkün oldu.

Axtyamov Sportinfo.az-a verdiyi müsahibədə bütün sualları səmimi şəkildə cavablandırdı.

"Marsel" öncə "Qarabağ"ı, sonra "Bazel"i mübarizədən kənarlaşdırdı, PAOK-a rəqib oldu

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/135606.html)

- Bəs, övladlarının adı? Axtyamov soyadı? Rasim adında yenə nəsə tapmaq mümkündür, Daniel Axtyamov bizə təmamilə yaddır.

- Axtyamov soyadı tatarəsilli olduğumuza görədir. Atamın ata tərəfi tatar olsa da, özü Bakıda doğulub, böyüyüb. Sadəcə, gənc yaşlarında hərbi xidmətə, ya nəyə görəsə Özbəkistana yollanıb. Hətta bir müddət “Paxtakor”da da oynayıb. Sonra anamla tanış olub və biz Daşkənddə dünyaya gəlmişik.

"Marsel" öncə "Qarabağ"ı, sonra "Bazel"i mübarizədən kənarlaşdırdı, PAOK-a rəqib oldu

- Anan özbəkdir?

- Xeyr, rusdur. Nənəm sağ olanda valideynlərim hər yay Bakıya istirahətə gedirdi. Hər yay. Sonra nənəm rəhmətə getdi deyə, gediş-gəliş nisbətən səngidi.

- Sənin Azərbaycana gəlişin necə baş verdi?

- 2004-cü ilin yayı idi, atam istirahət üçün Azərbaycana gedirdi. Mən də böyük futbolda ilk addımlarımı atırdım, “Vityaz”da oynayırdım. O vaxt klubda işlərim yaxşı getmirdi. Gənc idim deyə, gah oynadırdılar, gah gözlədirdilər, maaşlar gecikirdi. Elə oldu ki, atama qoşulub Azərbaycana getdim. O vaxt “İnter”in baş məşqçisi Anatoli Konkov idi. Bakıya gəldim, baxdılar, bəyəndilər və məni “Vityaz”dan transfer etdilər.

"Marsel" öncə "Qarabağ"ı, sonra "Bazel"i mübarizədən kənarlaşdırdı, PAOK-a rəqib oldu

- Pul qarşılığında?

- Təbii ki.

- Nə qədər verdilər?

- 75 min dollar. Konkov rəhbərliyə dedi ki, bu futbolçu mütləq komandamda olmalıdır. Azərbaycan kökənli olduğum üçün Vaqif Sadıqovun dönəmində U-21 millisinə cəlb etdilər. Vətəndaşlıq aldım və sonradan əsas millidə oynadım.

- Millidə oynasan da, ictimaiyyət tərəfindən qəbul olunmurdun. Sarışın olmağın bir tərəfə, əsas narazılıq hücumçu kimi ümidləri doğrultmamağın idi. Hiss edirdin bunu?

- Sarışın olmağım da problem yaradırdı. Yığmada hamısı qaraşın kişilər idi, bir mənim idim sarışın, hoppanıb-düşürdüm (gülür). Amma əsas problem özümdəydi. Millidə heç olmasa 2-3 qol vursaydım, azarkeşlər məni əllərində gəzdirəcəkdi. Bəlkə də rəhmətlik Anatoli Banişevski qədər sevəcəkdilər. Sarılığa qalsa, Banişevski də sarı idi. Amma onun rənginə yox, meydanda etdiklərinə baxırdılar. Nə gizlədim, yığmada mənə o qədər şans verdilər, dəyərləndirə bilmədim. İndi çox peşmanam.

"Marsel" öncə "Qarabağ"ı, sonra "Bazel"i mübarizədən kənarlaşdırdı, PAOK-a rəqib oldu

- Nə idi problem?

- Problem gəncliyimdə idi. Həyatı dərindən dərk etmirdim. Elə bilirdim hər şey başladığım kimi davam edəcək. Maaş alırdım, məşq edirdim, pis-yaxşı oynayırdım, əylənirdim. Düşünürdüm ki, əlavə heç nəyə ehtiyac yoxdur. Pul həmişə gələcək, istirahət həmişə olacaq. Bu düşüncə ilə karyeramın parlaq olmasının qarşısını özüm öz əllərimlə kəsdim. İndi ailəmi dolandırmaq üçün iki yerdə işləyirəm. Həyatda futboldan başqa heç nədən xəbərin yoxdur, amma ailəni dolandırmalısan, uşaqları böyütməlisən. İnsan gərək əlində olanın qədrini vaxtında bilsin.

- Demək istəyirsən ki, potensialından lazımi şəkildə yararlanmadın.

- Eynən. 18-19 yaşımda məndə olan fiziki göstəricilər 10 futbolçudan 2-də yox idi. Boy, bədən quruluşu, sürət, sol ayaq, başla oynamaq bacarığı – nə istəsən var idi. Sadəcə, üstünlüklərdən ağıllı şəkildə yararlanmalı və durmadan çalışmalıydım. “İnter” transferimə görə pul ödəmişdi deyə, buradakı ilk maaşım çox deyildi.

- Nə qədər idi?

- 400 dollar... Sonra məni “Gəncə”yə icarəyə verdilər. Baş məşqçimiz Şahin Diniyev idi. Çempionatın ilk yarısını oynadım, kifayət qədər də yaxşı alınırdı. Gəzib-əylənmirdim onda, ev və məşq, vəssalam. Sonra maliyyə problemləri oldu, hərə bir tərəfə qaçdı, “İnter” məni “Gəncə”dən alıb “Olimpik”ə icarəyə verdi.

"Marsel" öncə "Qarabağ"ı, sonra "Bazel"i mübarizədən kənarlaşdırdı, PAOK-a rəqib oldu

- “İnter”də ikinci dönüşündə yaxşı qazanırdın deyəsən.

- Yaxşı yox e, maaşım o dövr üçün fantastik idi. Ayda 6-7 min dollar alırdım.

- Qazandıqlarının hamısını sağa-sola xərclədin?

- Anam arada əlimdən 300-500 dollar alırdı ki, filan şeyə lazımdır, filan problemimiz var. O pulları üst-üstə qoyub Çerpovçıda ev aldı mənə.

- 10 illik peşəkar futbolçu karyerasından sənə qalan bir ev oldu?

- Qiymətli nədənsə danışırıqsa, bəli, ancaq ev.

"Marsel" öncə "Qarabağ"ı, sonra "Bazel"i mübarizədən kənarlaşdırdı, PAOK-a rəqib oldu

- Qalanı hara getdi? Əsasən nəyə xərcləyirdin?

- Cavan oğlanın pulu hara gedə bilər? Kafe-restoranlara, əyləncəli gecələrə, lazımsız şeylərə. Balaca axmaq idim, başqa heç nə.

- Əyləncə üçün hansı məkanlara üz tuturdun?

- “Tarqovıy”da sevimli məkanımız var idi – “Şekspir”. Tez-tez orada yığışırdıq. Ləzzətli yer idi, maraqlı, əyləncəli. Əsasən avropalılar gəlirdi, canlı musiqi-filan. Ora hələ də işləyir?

- İşləyir, işləyir...

- Eh, möhtəşəm idi ora. “Şekspir”ə girəndə elə bilirdim evdəyəm. İnanırsan, heç evdə özümü o qədər rahat hiss etmirdim. Hamı məni tanıyırdı orada. Görürdüm barmenin işi çoxdur, barın arxasına keçib pivəni özüm süzürdüm. O vaxtları yadıma salanda üzümdə təbəssüm yaranır, gözlərimdən yaş axır. “Şekspir”də pivə süzüb, rəqs etmək əvəzinə qolları sıralamalıydım, daha çox məşq etməliydim. Heyf o günlərdən. Bir də qayıtmayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti