Rəşad Sadıqov: “Bu, bəhanə deyil, doğrudan da, çətindir” - VİDEO

21 Oktyabr 02:30 Zirə 734
Rəşad Sadıqov: “Bu, bəhanə deyil, doğrudan da, çətindir” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 8-ci turunda “Sabah”a 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında o, oyunu qiymətləndirməyin çətin olduğunu söyləyjb.

“Təxminən altı aydır liqada məğlub olmamışdıq. Sonuncu dəfə ötən mövsüm “Qarabağ”a uduzmuşduq.

Bilirdik ki, bir gün məğlubiyyət gələcək. Amma belə məğlubiyyət bizə yaraşmadı.

İlk hissənin sonlarında buraxdığımız iki qol dönüş nöqtəsi oldu. İkinci hissədə cəhdlər etdik, amma alınmadı.

Rəqib bizi əks-hücumda cəzalandırdı. Qələbədən sonra necə tez unuduruqsa, bu məğlubiyyəti də elə tez unutmalıyıq”,.

R.Sadıqov komandasının bu gün zəif oynadığını etiraf edib:

“Bəli, bu mövsümün ən zəif oyununu keçirdik. 6-7 futbolçumuz zədəli idi, onların yerini doldurmaq çətindir.

Bu, bəhanə deyil, sadəcə boşluqları bağlamaq doğrudan da çətindir. İsmayıl İbrahimli və Ceyhun Nuriyevin itkisi gözlənilməz oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda