
"Atletik" Çempionlar Liqasının 3-cü turunda "Qarabağ"a qarşı keçirəcəyi ev matçı (22 oktyabr) öncəsi maraqlı addım atıb
Sportinfo.az xəbər verir ki, Bilbao təmsilçisi "Tik-Tok” hesabında yeni video paylaşıb.
Maraqlıdır ki, "Atletiko" bu video üçün musiqi olaraq "Yaşa Azərbaycan" mahnısını seçib. Videoda azarkeşlər İnaki Uliyamsdan avtoqraf alırlar. Azarkeşlərin arasında “Qarabağ” fanatı da yer alıb.
İspaniya klubu paylaşımında "Qarabağ"ı da işarələyib və Ağdam təmsilçisinə salam göndərib.
Həmin videonu təqdim edirik: