
Sportinfo.az xəbər verir ki, PSJ-nin və Ukrayna millisinin müdafiəçisi İlya Zabarni Azərbaycan millisi haqda danışıb.
- İlya, Azərbaycan komandasını qiymətləndirməməkdən qaçmaq olarmı?
- Bu səviyyəli turnirdə rəqibi qiymətləndirməməkdən söhbət belə gedə bilməz. Bütün komandalar müdafiə olunmağı və futbol oynamağı yaxşı bacarır. Ona görə də bizdə belə bir düşüncə yoxdur. Mən yalnız öz oyunuma fokuslanıram və meydanda nə etməli olduğumu yaxşı bilirəm.
- Ruslan Malinovski ağır zədədən sonra heyətə qayıdıb və 2 qol vurub. Onun təcrübəsi komandada özündən yaşca kiçik olan futbolçulara necə təsir edib?
- Ruslanın, doğrudan da yeri görünürdü. Onun futbolçu kimi nəyə qadir olduğunu və güclü keyfiyyətlərini bilirdik. Komandamızda onun çatışmazlığı yüz faiz hiss olunurdu. İslandiya ilə çətin görüşdə iki qol vuraraq milliyə böyük kömək etdi.
- Azərbaycanla ilk oyundakı (1:1) nəticə sizdə narahatlıq yaratdımı? Sentyabrdakı komanda ilə indiki arasında nə kimi fərq var?
- Düzü, Azərbaycanla heç-heçə oynamaq xoş deyildi, amma futbol belədir. Bəzən belə nəticələr olur. Bu vəziyyətdən çıxmaq və irəli baxmaq lazımdır. Dəyişikliklərə gəlincə, əsaslı fərq yoxdur - eyni komandayıq.