"Qarabağ"a aid çəkdiyi şəkil gündəm oldu - VİDEO

10:40 Qarabağ 142
"Qarabağ"a aid çəkdiyi şəkil gündəm oldu - VİDEO

Gənc məktəbli qız son günlər sosial şəbəkədə xeyli məşhurlaşıb.

Gözəl əl qabiliyyəti olan orta sinif şagirdi «Qarabağ»a sevgisini nümayiş etdirib.

O, tabloda ağ mellə Ağdam klubunun loqosunu çəkib.

Bu video izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Görüntülər böyük sürətlə «virtual dünya»da paylaşılıb.

«Qarabağ» avrokubokların cari mövsümündə əla çıxış edir. Qurban Qurbanovun komandası Çempionlar Liqasının əsas mərhələsinin ilk iki turunda qələbə qazanıb.

«Benfika»nı Portuqaliyada 3:2 hesabıyla udan «köhlən atlar» Bakıda «Kopenhagen»ə də qalib gəlib - 2:0. Ölkəmizin çempionu bu nəticəylə ümumi turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti