“Şəmkir” son anda təslim oldu, “Quba” 6 qolluq bayram etdi

20 Oktyabr 22:40 II Divizion 171
“Şəmkir” son anda təslim oldu, “Quba” 6 qolluq bayram etdi

II Liqada 6-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, iki günü əhatə edən turun açılış günündə üç oyun baş tutub.

“Göygöl”lə “Ağstafa Gəncləri”nin qarşılaşması qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

“Kür-Araz” evdə “Quba” ilə bacarmayıb. İsmayıl Məmmədovun komandası səfərdən 6 cavabsız qolla 3 xal qazanıb.

Günün mərkəzi görüşündə isə lider “Qaradağ Lökbatan” “Şəmkir”i qəbul edib.

Vüqar Nadirovun komandası çətin rəqibindən xal almağa yaxın olsa da, son saniyələrdə penalti qolu ilə məğlub olub - 0:1.

“Kür-Araz” – “Quba” 1:6
Qollar: Ə.İsayev, 45+1 – V.Cəfərov, 28 (pen). 32, 65, S.Ağayev, 36, B.Köçərli, 67, N.Mollayev, 77

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
Qollar: E.Rəhimov, 87 – E.Qəhrəmanov, 77

“Şəmkir” – “Qaradağ Lökbatan” 0:1
Qol: T.Nəsibov, 90+6 (pen)

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu