ANAMA əməkdaşı Xocavənddə minaya düşdü - Ayağı amputasiya edildi

21 Oktyabr 2025 07:10 Hadisə 544
ANAMA əməkdaşı Xocavənddə minaya düşdü - Ayağı amputasiya edildi

Xocavənd rayonunun Tağaverd kəndi ərazisində mina partlayışı olub.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, Agentliyin ekskavator operatoru vəzifəsində çalışan 1967-ci il təvəllüdlü əməkdaşı Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti