Ronaldo klub səviyyəsində karyerasının 800-cü qolunu vurdu

10:20 Dünya futbolu 131
Ronaldo klub səviyyəsində karyerasının 800-cü qolunu vurdu

Kriştianu Ronaldo klub səviyyəsində karyerasının 800-cü qolunu vuraraq futbol tarixində yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 40 yaşlı hücumçu “Əl-Fateh”lə oyun zamanı klub karyerasındakı 800-cü qolunu vurub.

Xatırladaq ki, beşqat “Qızıl top” mükafatı sahibi olan vinger indiyədək “Real Madrid”, “Mançester Yunayted” (2 dəfə), “Yuventus”, “Sportinq” və hazırda oynadığı “Əl-Nəsr”də çıxış edib.

Futbolçunun ümumi qollarının sayı milli komanda və klub oyunları da daxil olmaqla 949-a çatıb. Onun bazar dəyəri hazırda 12 milyon avro məbləğində qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti