İsrailin Azərbaycandakı səfirliyi amputantlardan ibarət yığmanı qəbul etdi

03:50 Hadisə 96
İsrailin Azərbaycandakı səfirliyi amputantlardan ibarət yığmanı qəbul etdi

İsrailin Azərbaycandakı səfirliyi bu ölkənin amputant futbolçulardan ibarət yığmasını qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"İsrailin Azərbaycandakı səfirliyi Bakıda keçirilən turnir çərçivəsində İsrailin fiziki məhdudiyyətli şəxslərindən ibarət futbol komandasını səfirin iqamətgahında şam yeməyinə qəbul etməkdən şərəf duyub.

Komandanı indiyədək göstərdikləri təsirli çıxış münasibətilə təbrik etdik və qarşıdakı oyunlarda uğurlar arzuladıq. Dünən isə komanda turniri qürurla ikinci yerdə başa vurdu. Bu, böyük nailiyyətdir!", - paylaşımda qeyd edilib.

İsrailin amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunu gümüş medalla başa vurub.

Komanda turnir cədvəlində 9 xala malik lider Ukraynadan 1 xal az toplamaqla ikinci sırada qərarlaşıb. Üçüncü yeri isə 7 xalla Azərbaycan futbolçuları tutub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu