
"Karvan-Yevlax" mövsümdə növbəti dəfə darmadağın oldu.
Aran təmsilçisi Sumqayıt səfərində qapısında 4 qol gördü.
Son 5 oyunda kollektiv üçüncü dəfədir 3 top fərqi ilə uduzur. Və bu matçlarda rəqib qapısından cəmi 1 qol keçirmək mümkün olub.
Daha əvvəl "Şamaxı" və "İmişli" 3 cavabsız qolla "Karvan-Yevlax"ı məğlub etmişdi.
Adıçəkilən klublar liqada qalmaq hədəfi olan birbaşa rəqiblərdir.
Tədricən bölgə klubunda irhesablı məğlubiyyətlərə qarşı immunitet yaranmaqdadır.
Sanki liqada qapazaltı statusuna ilk namizəd formalaşır kimi görünür.
Baş məşqçisi Azər Həşimov isə hər dəfə "Asan təslim olmayacağıq" deyir.
Bəy, mövsüm yarılanır, sizin vədiniz nə vaxt gerçək olacaq?
İddialı danışmaq əla, bəs reallıq? O isə bizə bütün oyunlarda asan təslim olan "Karvan-Yevlax" göstərir.
XANOĞLAN İMANOV