Torreslə müqavilənin müddətini uzatmağı planlaşdırır - “Barselona”

21 Oktyabr 2025 00:10 İspaniya 701
Torreslə müqavilənin müddətini uzatmağı planlaşdırır - “Barselona”

“Barselona” hücumçusu Ferran Torreslə müqavilənin müddətini uzatmağı planlaşdırır.

Kataloniyalılar daha əvvəl yarımmüdafiəçi Frenki de Yonqla yeni anlaşmanın imzalandığını elan edib.

Növbəti addım isə müdafiəçi Erik Qarsiyanın müqaviləsinin müddətinin uzadılması olacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qarsiyanın sözləşməsi rəsmiləşdikdən dərhal sonra kataloniyalılar Ferran Torreslə danışıqlara başlayacaqlar.

Klub rəhbərliyi ispaniyalı forvardı layihənin mühüm parçası hesab edir və idman direktoru Deku razılaşmanın detallarını tezliklə həll etməyə ümidlidir.

25 yaşlı futbolçu cari mövsümdə 10 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti