“Neftçi”nin əcnəbi futbolçusuna ŞOK yaşadan VİDEO

20 Oktyabr 2025 23:00 Neftçi 1 460
“Neftçi”nin əcnəbi futbolçusuna ŞOK yaşadan VİDEO

“Neftçi”nin futbolçusu sözün əsl mənasında şok yaşayıb.

Söhbət Sessi D’Almeydadan gedir.

29 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu Benin millisi dünya çempionatına vəsiqədən son anda məhrum olub.

Belə ki, beninlilər C qrupunda 9 oyundan sonra 17 xal toplamaqla DÇ-2026-ya vəsiqə üçün əla imkan əldə etmişdi.

Bunun üçün qrupun Nigeriya ilə sonuncu qarşılaşmasında qələbə qazanmaq, ən pis halda heç-heçə etmək lazım idi.

Lakin Nigeriyada baş tutan oyunda meydan sahibləri Benin üzərində 4:0 hesabı ilə inamlı qələbə qazanıb.

CAR-ın Konqonu 3:0 hesabı ilə udmasından sonra 18 xala malik Cənubi Afrika millisi qrup lideri kimi dünya çempionatına vəsiqəni əldə edib.

Nigeriya isə xalların sayını 17-yə çatdırıraq şəxsi göstəricilərdə Benini qabaqlayaraq pley-offa vəsiqəni təmin edib.

Sonuncu turda vəziyyətin kökündən dəyişməsi Sessi D’Almeydanın DÇ-2026 ilə bağlı qurduğu xəyalları alt-üst edib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti