.jpg)
Premyer Liqada növbəti baş məşqçi istefası «Karvan»da gerçəkləşə bilər.
Adil Şükürova qapını göstərən «Kəpəz»dən sonra Yevlax təmsilçisi də Azər Həşimovla vidalaşmağın biraddımlığındadır.
13 il sonra elita səhnəsinə dönmüş klubun rəhbərliyinin onun fəaliyyətindən narazı olduğu deyilir. Futbolçuların da gənc çalışdırıcının işini bəyənməməsi barədə xəbərlər dolaşır.
Böyük ehtimalla, yaxın günlərdə bütün bu söz-söhbətlərə aydınlıq gələcək. Komandadaxili iclasın keçiriləcəyi gözlənilir.
«Karvan» ilk səkkiz turda 5 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ