
“Barselona”nın skautları “Marsel”in hücumçusu Meyson Qrinvudun oyununu izləyiblər.
Bu, Liqa 1-in 8-ci turunda “Marsel” – “Havr” qarşılaşması zamanı baş tutub.
Oyun ev sahiblərinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb və Qrinvud dörd qol vuraraq pokerə imza atıb.
Sportinfo.az “TBR Football”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu kataloniyalıları performansıyla ciddi şəkildə təsirləndirib.
Qrinvud əvvəlcə “Xetafe”də icarədə olduğu dövrdə “Barselona”nın diqqət mərkəzinə düşmüşdü və klub keçən il də onu transfer etmək variantını nəzərdən keçirmişdi.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 10 oyunda iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.