Qurban Qurbanov açıqladı: Yankoviç “Atletik”ə qarşı oynayacaq? - VİDEO

02:10 Qarabağ 118
Qurban Qurbanov açıqladı: Yankoviç “Atletik”ə qarşı oynayacaq? - VİDEO

“Atletiko Bilbao” ilə bir az maraqlanmışam, amma tam analiz etməmişik.

Biz daha yaxşını edə bilirik. Yeni nəsə etsək, bu sadəcə əlavə olar”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VIII turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri oyunu haqda deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının III turunda səfərdə İspaniyanın “Atletik Bilbao” ilə oynayacaqları görüşə də toxunub:

“Oyunun gedişində bəzi detallar var ki, matç zamanı biz onları tətbiq edirik. “Atletiko” ən dinamik oyun sərgiləyən komandalarından biridir və bu, statistikada da öz əksini tapır.

Çalışacağıq ki, öz oyunumuzu oynayaq. Amma rəqib buna nə qədər imkan verəcək, onu bilirik”, – Qurbanov bildirib.

Baş məşqçi uzunmüddətli zədədən qayıdan Yankoviçin qarşıdakı görüşdə meydana çıxıb-çıxmayacağı barədə suala belə cavab verib:

“Yankoviçi bu oyunda daha çox oynatmaq istəyirdik, 30 dəqiqə nəzərdə tutmuşduq, amma yalnız 15 dəqiqə oynadı.

Meydança sürüşkən idi. Ona görə ehtiyatlandıq. Qarşıdakı günlərdə onun iştirak edib-etməməsi barədə dəqiq qərar veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu