Son turda zədə alan Kurtua “el klasiko”da iştirak edəcək?

01:40 İspaniya 86
Son turda zədə alan Kurtua “el klasiko”da iştirak edəcək?

“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın “Xetafe” ilə matçında (1:0) zədələnib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı zədəni oyunun sonlarında, komandanın əvəzedici oyunçusu olmadığı vaxt alıb. Lakin o, ciddi zədədən xilas olub.

Madrid klubunun baş məşqçisi Xabi Alonsonun oktyabrın 26-da “Barselona” ilə keçiriləcək növbəti liqa matçı üçün Kurtuaya güvənə biləcəyi bildirilib.

“Real” “el klasiko”dan əvvəl, oktyabrın 22-də Çempionlar Liqasında “Yuventus”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu