"Hər şey qaydasında olsa və müsbət qərar verilsə..."

03:00 Problem 86
"Hər şey qaydasında olsa və müsbət qərar verilsə..."

Premyer Liqanın oyunlarına ev sahibliyi etməsi üçün Yevlax şəhər stadionundakı çatışmazlıqlar aradan qaldırılır.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a "Karvan-Yevlax"ın vitse-prezidenti Kənan Kərimov açıqlama verib.

O, sözügedən arenada bir sıra işlərin görüldüyünü bildirib:

"Stadiondakı çatışmazlıqları aradan qaldırırıq. Orada çox işlər görülüb.

Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri son olaraq sentyabrın ortalarında arenaya baxış keçiriblər.

Həmin vaxt hava yağışlı idi və ona görə ot örtüyünə rezinləri tökə bilməmişdik. Demək olar ki, tam yekunlaşma işi gedir".

Vitse-prezident yaxın günlərdə PFL rəsmilərinin növbəti dəfə stadiona baxış keçirəcəklərini söyləyib:

"Bütün ev oyunlarımızı doğma meydanda keçirmək istəyirik. Bir-iki gün ərzində PFL-ə yenidən dəvət göndərəcəyik.

Hələlik vaxtımız var. Hər şey qaydasında olsa və müsbət qərar verilsə, X turdakı matçımızı Yevlaxda keçirmək istəyirik".

"Karvan-Yevlax" mövsümün əvvəlindən oyunlarını Şamaxı şəhər stadionunda keçirir. Bölgə təmsilçisi X turda (31 oktaybr - 2 noyabr) "Zirə"ni qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu