
«Kəpəz» bu ilin iyulunda sıralarına qatdığı Otar Aptsiauri ilə danışıqlara başlayıb.
Gəncə təmsilçisinin fikri gürcüstanlı legionerlə yolları ayırmaqdır.
Dörd aydan sonra baş məşqçisi postuna qayıtmış Azər Bağırov adıçəkilən legionerlə çalışmaq niyyətində olmadığını rəhbərliyin diqqətinə çatdırıb.
Çalışdırıcı onun səviyyəsinin komandaya uyğun gəlmədiyi qənaətindədir.
Adil Şükürovun apardığı transfer siyasətini bəyənməyən həmkarı Otarın şans qazanmaq ehitmalının olmadığını bildirib. Odur ki, «sarı-göylər» 2 aylıq təzminat ödəməklə, gürcüyə ölkəsinə dönməyi təklif edib.
Gəncə təmsilçisi iyulun 22-də 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalayıb.
Karyerasında ilk dəfə legioner həyatı yaşamaq şansı azalan Otarın son klubu vətənində "Dinamo" Tbilisi olub. Ötəm mövsüm 14 oyun keçirib və 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bir dönəm Gürcüstan U-19 millisinin də formasını geyinib.
SPORTİNFO.AZ