O, İspaniya klubunun baş məşqçisi olmaq istəmədi

21 Oktyabr 2025 00:20 İspaniya 698
O, İspaniya klubunun baş məşqçisi olmaq istəmədi

“Alaves”in sabiq baş məşqçisi Luis Qarsiya aşağı liqada çıxış edən İspaniya komandasını çalışdırmaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Periodico de Aragon” məlumat yayıb.

52 yaşlı mütəxəssisin xidmətinə İspaniya Sequndasında çıxış edən “Saraqosa” maraq göstərib. Ancaq “Alaves” və “Malyorka”nın sabiq baş məşqçisi aşağı liqada işləməkdən imtina edib.

İspan mütəxəssis hazırda daha yaxşı təkliflər gözləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti