Millimizin hücumçusu məşhur şirkətin anbarinda işə düzəldi

17 Mart 2022 19:40 Müsahibə 1 694
Millimizin hücumçusu məşhur şirkətin anbarinda işə düzəldi

Vaxtilə Azərbaycan çempionatında və millisində Daniel Axtyamov adlı hücumçu vardı.

Xarici görünüşünə görə seçilənlərdən olsa da, meydanda etdikləri ilə yaxşı mənada təəccübləndirmirdi.

Elə buna görə də həmişə azarkeşlərin, mütəxəssislərin, eləcə də biz jurnalistlərin qəzəbinə tuş gəlirdi.

Axtyamov vaxtilə ölkəmizdə “İnter”, “Olimpik”, “Gəncə”, “Simurq” kimi komandaların şərəfini qoruyub, 2009-cu ildə Azərbaycanı birdəfəlik tərk etdi. Elə milli karyerası da 24 yaşında bağlandı.

Bu ulduzu almaq üçün o qədər pul yoxdur – ACI ETİRAF

Son illər ucaboy forvardı tapıb danışdırmaq üçün Rusiya və Ukraynadakı bütün əlaqə vasitələrimi işə salsam da, Danieli “gördüm” deyən tapılmırdı.

Nəhayət AFFA-da çalışan yaxın dostumuzun sayəsində çoxlarının bəyənmədiyi hücumçuyla əlaqə saxlamaq mümkün oldu.

Axtyamov Sportinfo-.az-a verdiyi müsahibədə bütün sualları səmimi şəkildə cavablandırdı.

- Axır ki səni tapmaq mümkün oldu. Necəsən? Neynirsən? Haralardasan?

- Bu nömrə məndə çoxdan var. Doğru ünvanlarda axtarsaydınız, çoxdan tapardınız (gülür). Moskva ətrafındayam, paytaxtdan 70 km aralıda – Klin şəhərində. Yaxşılıqdır. Yaşayırıq, işləyirik, uşaqları böyüdürük.

Bu ulduzu almaq üçün o qədər pul yoxdur – ACI ETİRAF

- Çoxdan orada yaşayırsan?

- 2013-cü ildən.

- Futbolçu karyeranı başa vurmusan deyəsən.

- Hə-hə, çoxdan. 2009-da “Simurq”dan ayrılandan sonra evə gəlib zədəmi sağaltmaqla məşğul oldum. Yenə həmin dizimdən idi xəsarət. Üç dəfə əməliyyat olunmuşdum deyə, bərpa asan deyildi. Müəyyən fasilədən sonra 2012-ci ildə Moldovaya gedib yarım mövsüm “Tiraspol”da oynadım. Pis alınmır, yaxşıya doğru gedirdi. Qayıdıb ilin ikinci yarısını Rusiyada oynadım. 2013-cü ildə isə indi yaşadığım Klin şəhərinin “Titan” komandası ilə anlaşdım. Burada 2 il oynadım və indi uşaqlarımın anası olan xanımla tanış oldum. Gözəl ailəm, iki övladım var. Karyeramı 30 yaşımda başa vurdum.

- Nə işlə məşğulsan indi?

- İki yerdə işləyirəm. Həm uşaqlara məşq keçirəm, həm də dünyaca məşhur aqroholdinqlərdən olan “Miratorq”da anbarda işləyirəm. Şükür, hər şey yaxşıdır, dolanırıq.

Bu ulduzu almaq üçün o qədər pul yoxdur – ACI ETİRAF

- Belə başa düşdüm ki, Azərbaycanda heç kimlə əlaqən qalmayıb.

- Əmim və uşaqları hələ də oradadır, Binədə yaşayırlar. Tez-tez əlaqə saxlayır, danışırıq.

- Vaxtilə səninlə oynamış futbolçular, məşqçin olmuş mütəxəssislər harda və nə işlə məşğul olmağından xəbərsizdir. Bunu demək istəyirəm.

- Mənimlə oynamış futbolçuların 90 faizi karyerasını başa vurub. Baxıram, biri məşqçi işləyir, o biri klub rəsmisidir. Azərbaycanda oynayanda ən çox Vova ilə yaxın idim (Vladimir Levin – H.) Bir tək onunla indiyə qədər əlaqəm var. Rusiya ilə Ukrayna arasındakı müharibəyə görə tez-tez zəng edirəm. Heç yerinə düşmədi bu hadisə. Azərbaycanda vəziyyət necədir? Premyer Liqada komanda sayı azalıb, hə?

- 8 komandalı çempionatdır, maliyyə də əvvəlki kimi deyil. Ümid yerimiz avrokuboklarda uğurlu çıxış edən “Qarabağ”dır.

- Hə, az-çox xəbərim var. Son illər Azərbaycan futbolunda əvvəlki qazanc yoxdur. Amma “Qarabağ”a halal olsun! O cür çempionatda çıxış etməsinə baxmayaraq, hər il Avropada güclü rəqiblərə qarşı oynayır, qrup mərhələlərində çıxış edir. Mənə bax, “İnter”i bağladılar?

Bu ulduzu almaq üçün o qədər pul yoxdur – ACI ETİRAF

- Bağladılar deyəndə ki, Cahangir Hacıyevin həbsindən sonra adını dəyişib “Keşlə” etdilər, indi də “Şamaxı”ya çevirirlər. “İnter”in tarixi və uğurları üzərində gündə bir ad dəyişir.

- Yaşananlar haqda az-çox eşitmişdim. “Beynəlxalq Bank”dakı dəyişikliklərdən sonra “İnter”də də problemlər başlamışdı. Yaxşı vaxtlar var idi, heyf.

- Vaxtilə şərəfini qoruduğun “Olimpik”, “Gəncə”, “Simurq” da yoxdur. “Bakı”yla “Xəzər Lənkəran” da tarixin yaddaşına qovuşub.

- Nə danışırsan? Daha denən çempionatda komanda qalmayıb ki.

- Nə əcəb Azərbaycanda heç kimlə əlaqən yoxdur?

- Levin idi, bir də mən “İnter”də olanda komandanın ağsaqqallarından sayılan Dmitri Kramarenko.

Bu ulduzu almaq üçün o qədər pul yoxdur – ACI ETİRAF

- 2009-da Azərbaycandan gedişin sonuncu oldu?

- 2013-də gəlmişdim axı. Səhv etmirəmsə, 2013-cü il idi. Agentim “Sumqayıt”la danışıb razılaşmışdı. Baxışdan keçməliydim. Dekabrda – qış fasiləsi öncəsi komandaya qoşuldum, o vaxt baş məşqçi Aqil Məmmədov idi. Bir həftə məşqlərdə iştirak etdim, pis də alınmamışdı. Dedilər, qış fasiləsidir, get evə, dincəl, toplanış başlayanda çağırarıq. Gəldim evə, bayramı qeyd elədim, “Sumqayıt”dan səs çıxmadı. Məlum oldu ki, onlara lazım deyiləm.

- Niyə?

- Bilmirəm ki. Belə başa düşdüm ki, onlara hücumçu lazım deyildi. Lazım olsaydı, formamın zirvəsindəydim, məni götürərdilər. Komandanın sonuncu pillələrdə qərarlaşdığı dönəm idi.

Bu ulduzu almaq üçün o qədər pul yoxdur – ACI ETİRAF

- Vaxtilə Azərbaycan komandalarında oynamağın, millinin şərəfini qorumağın ölkə futbolsevərləri tərəfindən birmənalı qarşılanmırdı. Həm hücumçu kimi etimadı doğrultmurdun, həm də Azərbaycana bağlılığın şübhə yaradırdı. Həqiqətənmi atan Rasim əslən azərbaycanlıdır?

- Mən heç nə deməsəm belə, tarixi vərəqləmək kifayət edir. Atam Rasim Axtyamov 1970-ci illərdə “Neftçi”də oynayıb, ən gənc qapıçılardan olub. Atam SSRİ birinciliyində ən gənc qapıçı adını qazanıb. Özü danışırdı ki, Sergey Kramarenko yox idi, Yuri Romenski yox idi, məcburiyyətdən məni qoydular qapıya. Atam 6-7 matçda “Neftçi”nin qapısını qoruyub, özü Binədə anadan olub, valideynləri orada yaşayıb, Azərbaycanda böyüyüblər.

- Bəs, övladlarının adı? Axtyamov soyadı? Rasim adında yenə nəsə tapmaq mümkündür, Daniel Axtyamov bizə təmamilə yaddır.

- ... (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda