Avropanın tanınmış klubunun yeni baş məşqçisi KİM OLACAQ?

20 Oktyabr 21:40 Dünya futbolu 129
Avropanın tanınmış klubunun yeni baş məşqçisi KİM OLACAQ?

Şotlandiyanın “Reyncers” klubu yeni baş məşqçisini müəyyənləşdirmək üzrədir.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, komandanın sükanı arxasına almaniyalı mütəxəssis Danni Rohl keçəcək.

Qlazqo təmsilçisi bu ayın əvvəlində zəif nəticələrə görə Rassel Martini vəzifəsindən uzaqlaşdırıb. Həmin vaxt “Reyncers” Şotlandiya Premyer Liqasında turnir cədvəlinin 8-ci pilləsində idi.

Klub Rohlla müqaviləni yaxın 24 saat ərzində imzalayacaq.

Daha əvvəl “Reyncers”in təklifini bu komandada əvvəllər çalışmış Stiven Cerrard, eləcə də Çinin “Şanxay Port” klubunun baş məşqçisi Kevin Muskat rədd edib.

36 yaşlı Rohl bundan əvvəl İngiltərənin “Şeffild Uensdey” komandasına rəhbərlik edib, həmçinin, Almaniya millisində, “Bayern”də və “Sauthhempton”da məşqçilər heyətində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu