İngilis hücumçu millimizin gənc qolçusu üçün nələr söylədi?

14 May 2020 14:36 Milli komanda 612
İngilis hücumçu millimizin gənc qolçusu üçün nələr söylədi?

İngiltərənin "Harroqeyt Taun" klubunun futbolçusu Cek Maldun U-19 millimizin hücumçusu Serhat Taşdemir haqda danışıb.

Sportinfo.az xəbər verir ki, ingilis hücumçu bundan əvvəl oynadığı ən yaxşı 3 oyunçudan bəhs edərkən yığmamızın üzvünü də fərqləndirib:

"Birlikdə oynadığım ən yaxşılardan biri də Serhat Taşdemirdir. O, Azərbaycanın gənclər komandasının oyunçusudur, hazırda "Piterboro Yunayted"da oynayır.

Serhatın peşəkar bir futbolçu kimi necə inkişaf etdiyini görmək çox maraqlıdır. Prinsipcə, həmişə oynadığım gənc futbolçuların karyeralarının nə qədər inkişaf edə biləcəyi məni maraqlandırır".

C.Maldun S.Taşdemirlə 2017-2018-ci illərdə İngiltərənin "Fayld" klubunda birgə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu