Millimizdə baş məşqçi işləməyin şərtləri – Əliyev açıqladı

10 Mart 2020 18:50 Milli komanda 1 105
Millimizdə baş məşqçi işləməyin şərtləri – Əliyev açıqladı

"Potensialımız göz qabağındadır".

Bu sözləri Sportinfo.az-a millinin keçmiş hücumçusu Samir Əliyev deyib.

UEFA Millətlər Liqasının püşkünü dəyərləndirən müsahib bu mövsümdən C Liqasında mübarizə aparacaq yığmamızı çətin mübarizə gözlədiyini bildirib.

O, Lüksemburq, Kipr və Monteneqro ilə birlikdə I qrupda yer alan komandamızın hər 3 rəqiblə başabaş mübarizə apara biləcəyini iddia edib:

«Baxmayaraq ki, rəqiblərin heyətində müxtəlif ölkələrdə çıxış edən yaxşı futbolçular var. Düzdür, bizdə rəqabət zəifdir, amma dəfələrlə subut etmişik ki, istənilən rəqibə qarşı mübarizə apara bilərik".

Hazırda U-19-u çalışdıran Əliyev baş məşqçi təyinatının mümkün qədər tezləşdirilməli olduğunu bildirib:

"Baş məşqçi təyinatı nə qədər tez olsa, o qədər yaxşı olar. Yuxarıda oturanlar, yəqin ki, bu barədə bizdən də çox düşünürlər. Yəqin ki, yaxın vaxtda təyinat açıqlanar".

Gənc mütəxəssis «hazırkı millimizə yerli, yoxsa əcnəbi baş məşqçi daha çox uyğun olar» sualını belə cavablandırıb:

"Mən bu məsələyə bir az başqa cür yanaşıram. Biz əvvəl məqsədimizi, strategiyamızı müəyyənləşdirməliyik və nə istəyirik, onu bilməliyik. Bundan sonra qərar vermək olar ki, yerli baş məşqçi olsun, yoxsa əcnəbi".

Digər Xəbərlər
Xəbər Lenti