"Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik"

26 Yanvar 2020 09:14 Milli komanda 599
"Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik"

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığmasına qarşı keçirilmiş oyundan sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis 1:0 hesablı qələbəni şərh edib:

"Bu il milli səviyyəsində ilk oyunumuzu keçirdik. Sevindirici haldır ki, qarşılaşmanı qol buraxmadan qələbə ilə başa vurduq. Yetərincə də qol vəziyyətlərimiz oldu.

Təəssüf ki, onlardan lazımınca istifadə edə bilmədik. Vacib olan qələbə qazanmağımızdır. İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra futbolçularda bir az yorğunluq var idi

Bununla belə, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərdi. Bir neçə oyunçudan razı qalsaq da, bəziləri hələ də öz üzərində işləməlidir.

Komandanın çatışmayan cəhətləri çoxdur. Heyət tam formalaşmayıb. Amma yetərincə vaxtımız var. Əzmlə, istəklə çalışacağıq. Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı