COP29

Canni De Byazi bu üç futbolçudan imtina etdi - SON SİYAHI

24 Mart 2023 16:20 Milli komanda 1 062
Canni De Byazi bu üç futbolçudan imtina etdi - SON SİYAHI

Azərbaycan milli komandasının Avstriya ilə oyun üçün 23 nəfərlik sifariş ərizəsi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, siyahı UEFA-nın rəsmi saytında dərc olunub.

Siyahıda “Avro-2024”ün Avstriya və İsveçlə matçkara dəvət edilən 26 futbolçudan 3-nün adi daxil edilməyib.

Baş məşqçi Canni de Byazi müdafiəçilər Azər Salahlı, Ceyhun Nuriyev və hücümçu Rüstəm Əhmədzadəni bugünkü matçın heyətinə salmayıb. Daha əvvəl isə zədəsi səbəbindən Mahir Emreli də millinin həyətindən çıxarılmışdı.

Avstriya ilə matça Emil Balayev, Yusif İmanov, Səlahət Ağayev, Azər Əliyev, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Tellur Mütəllimov, Bəxtiyar Həsənalızadə, Höccət Haqverdi, Toral Bayramov, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Riçard Almeyda, Filip Ozobiç, Elvin Camalov, Aleksey İsaev, Eddi İsrafilov, Namik Ələsgərov, Özancan Kekçu, Ramil Şeydayev, Musa Qurbanlı və Renat Dadaşovun adları daxil edilib.

Avstriya - Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"