Azərbaycanın baş məşqçisi öz xidmətini bu komandaya təklif etdi, böyük vəd verdi

22 Oktyabr 2021 17:40 Milli komanda 1 403
Azərbaycanın baş məşqçisi öz xidmətini bu komandaya təklif etdi, böyük vəd verdi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Kosovo Futbol Federasiyasının rəhbərliyi ilə əlaqə yaradıb.

O bildirib ki, yığmanın sükanı arxasına keçmək istəyir.

Italiyalı mütəxəssis AFFA ilə müqaviləsinin dekabrda başa çatacağını söyləyib. Balkan yarımadasında çalışmağı çoxdan arzuladığnı iddia edib.

De Byazi onunla danışıqlar aparılarsa, maliyyə şərtlərində ortaq məxrəcə gəlməyin çətin olmayacağını deyib. Yəni, apenninli çalışdırıcı bu məsələdə qarşı tərəfə kifayət qədər güzəştə getməyə hazırdır.

2019-cu ilin yayından etibarən Azərbaycanda fəaliyyət göstərən italyan böyük vəd verməkdən çəkinməyib.

O, komandanın kifayət qədər səviyyəli futbolçulara sahib olduğunu göstərərək, AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlarını bildirib.

Yığmamızın sükançısı bir neçə hün öncə "indeksonline" nəşrinə açıqlamasında da sözügedən kollektivə başçılıq etməyə hazır olduğunu etiraf eləyib:

"Mənə belə bir təklif gəlsə, qəbul edərəm. 1 aydan sonra AFFA ilə müqaviləm başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı".

65 yaşlı mütəxəssis Bernar Şallandın Kosovo yığmasından istefa verməsinə təəssüfləndiyini söyləyib: "Onu yaxşı tanıyıram. Amma məşqçi işi belədir".

Şalland 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrdən sonra istefaya göndərilib.

B qrupunda yer alan və keçirdiyi son iki oyunda Gürcüstana 1:2, İsveçə isə 0:3 hesabı ilə uduzan Kosovo 4 xalla sonuncu sırada qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi