Prezident: "Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır"

22 Sentyabr 2020 00:56 Maraqlı 445
Prezident: "Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır"

"Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır".

Sportinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında deyib.

Dövlət başçısı Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırdığını diqqətə çatdırıb:

“Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib”.

Digər Xəbərlər
Xəbər Lenti