Azərbaycanda 5 nəfər öldü, 168 nəfər koronavirusa yoluxdu

1 İyun 2020 18:48 Maraqlı 742
Azərbaycanda 5 nəfər öldü, 168 nəfər koronavirusa yoluxdu

Azərbaycanda 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Operativ Qərargahdan Sportinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3508 nəfər müalicə olunaraq sağalmış, 68 nəfər vəfat etmiş, 2086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 302.933 test aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti