"Koronavirusun dərmanını hazırladıq" - TÜRK ALİMDƏN ŞAD XƏBƏR

1 Aprel 09:00 Maraqlı 399
"Koronavirusun dərmanını hazırladıq" - TÜRK ALİMDƏN ŞAD XƏBƏR

"Türkiyə yerli yeni növ koronavirus dərmanını və vaksinini hazırlayıb. Dərman 4 ay, vaksin isə 1 il ərzində istifadəyə hazır olacaq".

Sportinfo.az xəbər verir ki, bunu Boğaziçi Universitetinin Molekulyar Biologiya və Genetika kafedrasının professoru Nəsrin Özörən deyib.

N.Özörən və komandası virusun vaksininin hazırlanması üçün quş qripi və xərçəngin müxtəlif növlərinin araşıdırlmasında uğurlu nəticələr əldə etməyə imkan verən "mikrokürə" texnologiyasından istifadə edəcək:

"Loboratoriyamız 15 ildir fəaliyyət göstərir. Mikrokürələri koronavirusun tac kimi görünən "spike" adlı xarici protein hissələrinə yerləşdirəcəyik. Bunu sprey formalı vaksin olaraq da hazırlamağı planlaşdırırıq. Təxminən 4 ay ərzində dərmanı, 1 il müddətində isə vaksini hazır edə biləcəyik".

Alim qeyd edib ki, insanlar dərhal nəticə əldə olunmasını istəyir: "Amma bu mümkün deyil. Virus 3 aydır meydana çıxıb. Vaksin əvvəlcə heyvanlar üzərində sınaqdan keçirilməlidir. Birbaşa insanlara tətbiq olunması doğru deyil.

Bunu edənlər var. Onlar heyvanlar üzərində sınaq etmədən birbaşa insanlara tətbiq edirlər. Sona yaxşınlaşsaq, bəlkə, biz də edərik. Lakin tövsiyə etmirik. Vəziyyətin ağırılığını başa düşürük, amma hələlik həmin məqama yetişməmişik".

Digər Xəbərlər
Xəbər Lenti