TƏCİLİ XƏBƏR Dövlət rəsmən açıqladı: Aprelin əvvəlində...

29 Mart 2020 00:28 Maraqlı 2 206
TƏCİLİ XƏBƏR Dövlət rəsmən açıqladı: Aprelin əvvəlində...

Sportinfo.az xəbər verir ki, yeni tip koronavirus (Covid-19) pandemiyasının yaratdığı durumla əlaqədar Azərbaycanda yeni sosial paket təsdiqlənəcək.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, pensiyada olanlar, yaranmış vəziyyətlə bağlı işdən və təhsildən azad edilən insanlar evdə otursalar, günəmuzd işlə məşğul olan insanların işləməsinə rahat şərait yaratmış olarlar:

“Amma onlar bunu etmirlər. Ona görə də dövlət məcbur olur ki, daha çox qaydaları sərtləşdirsin. Mümkündür ki, bu, gündəlik işlə məşğul olub ailəsinə ruzi aparan insanların da haradasa hərəkətlərini məhdudlaşdırır.

Onu da qeyd edim ki, dövlət onları nəzərə alır. Çox tezliklə, yəqin ki, aprelin ilk günlərində hökumət həm fiziki, həm hüquqi şəxslər, həm də sosial müdafiəyə ehtiyacı olan qrupların sosial müdafiəsi ilə bağlı təklifləri qəbul edərək təsdiqləyəcək".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı