Tanınmış idmançı Cabbarova dəstək verdi: "O, düzgün yoldadır"

25 Yanvar 2020 18:25 Maraqlı 618
Tanınmış idmançı Cabbarova dəstək verdi:

"Güloğlan güclü idmançı, vətənini sevən şəxsdir. Milli Məclisdə deputat olmağa layiqdir və xalq tərəfindən də dəstəklənir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında kikboksinq üzrə doqquzqat dünya və üçqat Avropa çempionu, beynəlxalq və əməkdar idman ustası, Muay-Tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev deyib.

O, 19 saylı Nərimanov birinci seçki darəsindən deputatlığa müstəqil namizəd Güloğlan Cabbarovu dəstəkləyib:

"İdmançıların yetişməsində, Avropanın bir çox ölkəsində bayrağımızın qaldırılmasında onun birbaşa rolu, zəhməti var.

Güloğlan ən gənc yaşlarından ictimai işlərlə məşğul olur. İdmançı kimi böyük nüfuza malik bir şəxsdir. Siyasətdə olmasa da, onun həmkarı, bu ictimaiyyətdən xəbərdar bir şəxs kimi deyə bilərəm ki, Güloğlan düzgün yoldadır. İnanırıq ki, çıxdığı bu yolda öz uğurunu tamamlayacaq, parlamentdə milli dəyərlərimizə üstünlük verərək, millət vəkili adına layiq görüləcək.

Nərimanov rayonunda Güloğlanı sevənlər çoxdur. Bura gənclik ərazisi hesab olunur. Gənclərdə Güloğlan, onun idmanda etdikləri haqda məlumat var.

Tutduğu yol düzgün, ədalətli yoldur. Həqiqətən millətin vəkili ola biləcək insandır. İnanırıq ki, bu yolda da öz uğurlarını qazanacaq.

Əminik ki, cənab prezidentimizin ətrafında, gənclərin siyasətində böyük nailiyyətlər əldə edəcək. Həm hökumətdə çalışan bir şəxs, həm də bir idmançı kimi onu dəstəkləyirəm, Güloğlana uğurlar arzu edirik.

Özü çox gənc olmasa belə, gəncliyimizin rəmzidir. Onların vətənpərvər ruhda böyüməsində əməyi var. Ona görə də gəlin, onu dəstəkləyək, Milli Məclisdə görək. Ona uğurlar arzu edirik".

Musayev qeyd edib ki, bütün qəhrəmanlıqlar idman yolundan keçir: "İdman sağlamlıq, güc, vətənpərvərlik, bayraq, Azərbaycanın himnidir.

İdmanı dəstəkləmək Azərbaycanın bayrağına, milli dəyərlərinə üstünlük vermək deməkdir. Bu isə düzgün yol deməkdir.

Torpaqlarımızın 20 faizi işğal altındadır. Bu mənada, qəhrəmanlarımızın, idmançılarımızın Milli Məclisdə olması və siyasi müzakirələrdə iştirak etməsi məqsədəuyğundur.

Tarixçi-siyasətçilərlə yanaşı, bayrağımızı ucaldan, himnimizi səsləndirən idmançıların da parlamentdə olması yaxşı haldır".

Digər Xəbərlər
Xəbər Lenti