Əliyevin komandasında salamlaşmaq qadağan edildi

23 Yanvar 2020 16:18 Maraqlı 972
Əliyevin komandasında salamlaşmaq qadağan edildi

Qış-təlim məşq toplanışlarını Kiprdə davam etdirən "Ufa"da dünyada, xüsusən Çində daha çox yayılmış koronovirus qrip epidemiyası ilə bağlı təcili iclas keçirilib.

Sportinfo.az xəbər verir ki, Başqırdıstan klubunun rəhbərliyi Premyer Liqanın ikinci dövrəsinə hazırlaşan futbolçuları keçici virusdan qorumaq üçün maraqlı qadağa tətbiq etmək qərarı verib.

Bu barədə baş məşqçi Vadim Yevseyev məlumat verərək bildirib ki, komandada yayıla biləcək xəstəliyin qarşısını almaq üçün futbolçuların bir-biri ilə əllə salamlaşmaması qərara alınıb.

Məlumat üçün deyək ki, "Ufa"da 2 azərbaycanlı futbolçu çıxış edir. Onlardan Azər Əliyev əsas heyət futbolçusudursa, Turqay Möhbalıyev əsasən əvəzedici komandada oynayır-məşq edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"