Bu gün 248 nəfərdə koronavirus aşkarlandı, 2 nəfər öldü

31 May 2020 19:00 Maraqlı 513
Bu gün 248 nəfərdə koronavirus aşkarlandı, 2 nəfər öldü

Azərbaycanda 248 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sportinfo.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956 və 1960-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3428 nəfər müalicə olunaraq sağalmış, 63 nəfər vəfat edib, 2003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298.648 test aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti