"Qardaşım arvadımla birlikdə oldu, anam isə mənimlə danışmır"

6 Dekabr 2019 01:10 Maraqlı 1 907
"Qardaşım arvadımla birlikdə oldu, anam isə mənimlə danışmır"

"Mançester Yunayted"in əfsanəvi futbolçusu, hazırda Uels millisinə başçılıq edən Rayan Giqqz yenidən mətbuatın gündəminə gəlib. Sportinfo.az xəbər verir ki, buna səbəb uelsli veteran futbolçunun qardaşı Rodrinin açıqlamaları olub.

Belə ki, Rayan Giqqz 8 il qardaşının həyat yoldaşı Nataşa ilə birlikdə olub. Onların xəyanəti 2011-ci ildə üzə çıxıb. Rodri Giqqz bildirib ki, qardaşı bütün ailəni paramparça edib və onlar 2011-ci ildən danışmırlar.

O, həmçinin bildirib ki, anasının da Rayanın tərəfini tutaraq onunla danışmadığını bildirib. Rodri Giqqz "Təbii ki, 35 medalım yoxdu, "Mançester Yunayted"də 20 il oynamamışam, böyük bir evə sahib deyiləm" sözləri ilə anası Linne Giqqzə etiraz edib.

"Sanki mən qardaşıma xəyanət etmişəm. 3 uşağım var. Biri 5 yaşındadı, anamı heç vaxt görməyib. Biri 13 yaşındadı, 7-8 ildi onu görmür. Bu uşaqların günahı nədi? Məndən 1,5 km uzaqlıqda yaşayırlar. Ailəmdən heç kimlə danışmıram.

Onlar da mənimlə danışmır. Amma hamısı Rayanla danışır. Uelsdə yaşayıb, yığmanın oyunlarına gedirlər, gözəl yeməklər yeyirlər, yüksək səviyyədə qarşılanırlar. Onların sevdiyi budu" deyə Rodri Giqqz bildirib.

Rayan Giqqzin başçılıq etdiyi Uels millisi "AVRO-2020"nin seçmə mərhələsində millimizlə eyni qrupda yer almışdı. Britaniyalılar evdə 2:1, Bakıda 2:0 hesablı qələbə qazanmışdı.

Final mərhələsində Uelsin yer aldığı qrupun 3 oyunu Bakıda keçiriləcək. Rayan Giqqzin komandası Türkiyə və İsveçrə ilə matçlara Bakı Olimpiya Stadionunda çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"