Siyahı yayıldı, "Qızıl top"u Messi qazandı! - ŞOK FAKT

2 Dekabr 2019 12:42 Maraqlı 2 325
Siyahı yayıldı, "Qızıl top"u Messi qazandı! - ŞOK FAKT

"Qızıl top"un yeni sahibinin kim olacağı ilə bağlı şok paylaşım edən Britaniya mətbuatı qalmaqala səbəb ola biləcək xəbər yayıb.

Sportinfo.az xəbər verir ki, bu axşam qalibə təqdim olunacaq "Qızıl top"u kimin qazanacağı artıq dəqiqləşib.

Səsvermənin yekun nəticəsi ilə bağlı yayılan siyahıya əsasən, "Barselona"nın lideri Lionel Messi çox böyük fərqlə rəqiblərini qabaqlayaraq mükafata sahib çıxacaq. Şəkildən də göründüyü kimi, argentinalı ulduz "Qızıl top"a əsas namizəd Vircil van Deyki 64 xal geridə qoyub.

3-4-cü yerlərdə qərarlaşmış Məhəmməd Salahla Kriştiano Ronaldo isə liderdən hədsiz dərəcədə az xal toplayıblar.

Qeyd edək ki, "France football" jurnalının 1956-cı ildən təqdim etdiyi "Qızıl top"un 2019-cu il üçün qalibinin adına rəsmən Parisdə - Bakı vaxtilə 23:30-da keçiriləcək tədbirdə aydınlıq gələcək. Namizədlərdən Messi və Ronaldo indiyədək bu mükafatı 5 dəfə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!