“Qarabağ” bu gün vacib oyuna iki legionersiz çıxacaq

15 Fevral 12:40 Qarabağ 2 270
“Qarabağ” bu gün vacib oyuna iki legionersiz çıxacaq

“Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu oyunda meydana iki itki ilə çıxacaq.

Uzun müddətdir zədəli olan Kevin Medina oynaya bilməyəcək. Onun mövsümün sonuna qədər qayıdacağı da sual altındadır.

Digər vacib itki isə sağ cinah müdafiəçisi Marko Veşoviçlə bağlıdır.

Qrup mərhələsində “Haken”ə qarşı Bakıda keçirilən matçda qırmızı vərəqə alan monteneqrolu oyunçu da qarşılaşmanı buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti