“Sportinfo”nun əməkdaşı Qarabağa getdi, məşhur “futbol məbədi”ndə nə gördü? - FOTOLAR

4 İyun 19:00 Maraqlı 1 258
“Sportinfo”nun əməkdaşı Qarabağa getdi, məşhur “futbol məbədi”ndə nə gördü? - FOTOLAR

Xankəndi şəhər stadionunda təmir-bərpa işləri intensivləşib.

Sportinfo.az-ın əməkdaşı adıçəkilən arenada olub.

İdman qurğusunda görülən işlərlə yerində tanış olub.

İdman qurğusunun tikintisinin bu ilin sentyabrına qədər başa çatdırılması nəzərdə tutulur.

15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Sovet dövründə Ağdamın "Qarabağ" klubu ev oyunlarını bu arenada keçirib. Stadionda futbolçular üçün paltardəyişmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərdə tutulub.

Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.

III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.

Xankəndi şəhər stadionundan çəkilmiş ən son fotoları təqdim edirik:

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu