
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu “Çelsi”nin qış transfer pəncərəsində əsas hədəfidir.
Sportinfo.az “Man United Source”-yə istinadən xəbər verir ki, London klubu artıq ingiltərəli oyunçu ilə əlaqəyə çıxıb və onu komandada görmək istədiklərini bildiriblər.
20 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 2 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.
Mainu yay transfer pəncərəsində komandadan ayrılmaq istəsə də, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim buna imkan verməyib.
“Çelsi” noyabrın 5-də Çempionlar Liqasında “Qarabağ”ın qonağı olacaq.