"Bu, mənə hiss etdirdi ki..." - Prezident Mourinyonun qovulmasından danışdı

00:20 Türkiyə 204
"Bu, mənə hiss etdirdi ki..." - Prezident Mourinyonun qovulmasından danışdı

“Fənərbaxça”nın prezidenti Ali Koç komandanın sabiq baş məşqçisi Joze Mourinyonu qovmaq qərarının səbəbini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Ötən mövsümün sonunda daha dominant oyun göstərməliyik dedik, 99 xal toplamalı və 99 qol vurmalıyıq.

“Benfika” ilə mübarizədən kənarlaşdırılmamız normaldır, amma sıradan çıxmağımız yolverilməzdir. Bu, mənə hiss etdirdi ki, oyunumuzda heç nə dəyişmir”.

Mourinyo 2024-2025-ci illərdə “Fənərbaxça”ya rəhbərlik edib. Onun rəhbərliyi altında komanda bir dəfə də olsun, kubok qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 02:10 "Şamaxı" yoxladı - 2:1