
Azərbaycan millisinin düşərgəsində zədə alan və bu səbəbdən heyətdən çıxarılan Nəriman Axundzadənin durumu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, tibbi müayinədən sonra hücumçunun zədəsinin ciddi olduğu üzə çıxıb. Onun baldır nahiyəsində dartılma qeydə alınıb.
Bu səbəbdən 21 yaşlı futbolçunun azı 3-4 həftə yaşıl meydandan kənarda qalacağı bildirilib.
Bu o deməkdir ki, N.Axundzadə millinin sentyabrın 9-da Ukrayna ilə matçı ilə yanaşı “Qarabağ”ın Çempionlar Liqasında ən azı “Benfika” ilə ilk oyununu, eləcə də Premyer Liqada qarşıdakı minimum 3 görüşünü buraxmalı olacaq.